Botoks (Botox)
Botoks. Əslində hamımızın botoks (botox) adı ilə bildiyimiz kosmetik prosedurun doğru adı Botulinum toksini inyeksiyasıdır. ”Botoks” isə istifadə edilən preparatlardan birinin ticari ismidir. Kağız salfetə “selpak” kimi Türkiyədə geniş istifadə olunan bir yanlış deyim kimi, doğru deyil, lakin hərkəs elə söyləyir. Bu səbəblə mən də hərkəs kimi botoks kəliməsini istifadə edəcəm ki, anlaşılması daha rahat olsun.
Maraqlıdır ki, qırışıqlıq müalicəsinə daha az ehtiyacı olan gənc nəsil daha həvəslə botoks prosedurası etdirir. Çox vaxt da ailə böyüklərin arxalarınca söylənən “sən bilirsən ki, o bir zəhərdir, botulizm olacan, kor olacan” kimi sözlərini dinləmədən.
Göz həkimləri oftalmolojik problemlər üçün botoksu 1980-ci ildən, kosmetoloqlar isə FDA təstiqi alandan sonra 2002-ci ildən güvənlə tətbiq edirlər. Məsələn, ABŞ’da ən çox aparılan estetik prosedur botoks inyeksiyasıdır.
- Bəs nəyə görə bu qədər önyarqı var?
- Botoks doğurdan mı zəhərdir?
- Botulizm yarada bilər mi?
- Doğurdan da kor edə bilər mi?
- Sözün tam mənasında qaş düzəldərək göz çıxarda bilərik mi?
Bu və digər sualların cavabı və botoks (botox) haqqında bilmək istədikləriniz…
Hansı botoks (botox) təhlükəsizdir?Ölkəmizdə şatışda olan botulinum toksinlər arasında
Allergan ® və
Dysport ® markaları güvənilirdir. Klinikamızda ancaq FDA
(Food and Drug Administration) təsdiqli bu 2 marka botulinum toksini istifadə olunur.
Botoks sonrası üzüm şişər mi?Botoks üzü şişirə bilməz, ancaq əzələnin hərəkətini məhdudlaşdırır.
Qaşlarım qalxmış qəribə üz ifadəsi ola bilər mi?Qaşların qalxmağı Sizin istəyinizdən asılıdır. İstəməsəniz həkim qaş üstü xüsusi bir nöqtəyə toxunaraq bunun qarşısını ala bilər.
Botoks sonrası üzüm donmuş ifadəsiz mi olacaq?Son illərdə yumşaq, mimik əzələləri tam dondurmadan təbii görünümlü botox vurulması daha çox tərcih edilir.
Botoksun təsiri nə qədər qalır?Təsiri bir neçə faktordan asılı olmasına baxmayaraq individual olub ortalama 4-6 aydır. Mimikalarını çox istifadə edən daha gənc birisində sinir ucları sürətlə bərpa olduğu üçün 4 ay, orta yaşda təxmini 6 ay, daha yaşlı birisində 8 ay da sürə bilər. Dəfələrlə qısa aralıqlarla üst-üstə təkrarlayan prosedurlar anticisim əmələ gəlməsinə bağlı müddəti qısalır.
Botoksa əks göstəriş olan insanlar varmı?Hamiləlik
Əmizdirmə
Sinir-əzələ xəstəlikləri botulinum toksini üçün əks göstərişdir.
Qeyri-real gözləntiləri olanlara botulinum toksini məsləhət deyil.
Aminoglikozid qrupu antibiotiklər:Amikasin
Gentamisin
Streptomisin
Tobramisin
Kalsium antagonistləri:Amlodipin
Diltiazem
Nifedipin
Verapamil
Penisilamin və
Xinin adlı dərman istifadəçilərinə botulinum toksini vurulmamalıdır.
Botoks öncəsi xüsusi hazırlığa ehtiyac varmı?Botulinum toksini inyeksiyası öncəsində
Qan durulducu dərmanlarVarfarin (Kumadin)
Rivaraksoban (Xarelto)
Klopidogrel
Qeyri steroid iltihab əleyhinə dərmanlarİndometasin
İbuprofen
Diklofenak
Aspirin
Ginko biloba tərkibli qida əlavələri
Yaşıl çay, limonlu çay
Ən az 3 gün öncə dayandırılmalıdır.
Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.