registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

HİFU SMAS liftinq

HİFU SMAS liftinq


HİFU nə deməkdir?

HİFU (High Intensity Focused Ultrasound) yüksək intensivlikli fokuslu ultrasəs dalğası deməkdir. HİFU dalğası ilə çalışan aparat üzün SMAS qatına təsir edərək, əməliyyatsız üz gərmə prosedurunu həyata keçirir.

SMAS nədir?

SMAS (Superficial Musculo-Aponeurotic System) dərimizi tarım dartılmış vəziyyətdə saxlayan kollagen və elastindən ibarət bir təbəqədir.

HİFU SMAS liftinq nədən əməliyyatsız üz gərmə adlanır?

Cərrahi üz gərmə əməliyyatı SMAS təbəqəsini dartmaq yolu ilə həyata keçirilir. HİFU aparatı isə xüsusi dalğa enerjisi hesabına, əməliyyatsız, SMAS qatının dartılmasına səbəb olur.

HİFU SMAS liftinq necə işləyir?

HİFU SMAS liftinq mütəxəssis tərəfindən, hər bir pasient üçün individual seçilmiş dalğa ilə 3 fərqli dərinlikdə aparılır: piy toxuması, dermis və epidermis.
Prosedur nəticəsində dəri altı piy toxumasında parçalanma, SMAS qatında koaqulyasiya və anlıq liftinq effekti, dermisdə kollagen sintezində canlanma, cavanlaşdırıcı regenerativ proseslərin başlanması baş verir. Nəticədə dəri hamarlaşır, dartılır, “qaz ayağı” qırışlar açılır, qaş qalxır, çənəaltı nahiyyə, sallanmış buxaq əriməyə başlayır, çənə xətti bərpa olunur.

HİFU SMAS liftinq proseduru hansı cihazla icra olunur?

Mərkəzimizdə HİFU SMAS liftinq əməliyyatı, Avropa CE sertifikatını almış, Avropa ölkələrində istifadəsinə icazə verilmiş, Ultraskin II cihazı vasitəsilə həyata keçirilir.

Niyə HİFU SMAS liftinq ?

HİFU SMAS liftinq plastik əməliyyat istəməyən pasiyentlər üçün ideal bir seçimdir:

  • Ağrısız
  • Bərpa müddəti olmayan
  • Sosial həyatdan qopartmayan
  • Cərrahi riskləri olmayan
  • Üzün təbiliyini pozmayan
  • Bütün fəsillərdə icra oluna bilən
  • Qalıcılığı 2 il olan ideal bir prosedurdur

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.