registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar

FAQ

Klinikanızda uşaq xəstələrə baxılır mı?

Bəli, hər yaşda uşaq pasientlərin dəri problemlərinə baxılır, sıfır yaşından başlayaraq. Pediatrik dermatologiya sevərək məşğul olduğumuz sahələrdən biridir. Məhz buna görə klinikamızda uşaq oyun otağımız da mövcutdur.

Klinikanızda cinsəl yol ilə yoluxan xəstəliklər ilə məşğul olunur mu?

Bəli, klinikamızda cinsiyyət bölgəsində olan həm cinsi yol ilə yoluxan zöhrəvi xəstəliklər, həm də dermatolojik xəstəliklərin diagnostikası və müalicəsi aparılır.

Saç şikayətləri ilə müraciət edə bilərik mi?

Bəli, klinikamıza hər yaşda və cinsiyyətdə pasientlər saç xəstəlikləri ilə müraciət edə bilər. Trixologiya ətraflı və dərin məşğul olduğumuz səhələrdən biridir.

Hansı növ kosmetik prosedurlar edirsiz?

Klinikamızda üzə qulluq, peeling, üz və saç mezoterapiyası, üz və saç PRP-si, botox, filler kimi müxtəlif kosmetik prosedurlar icra edilir.

Hansı marka kosmetik məhsullardan istifadə edirsiz?

Klinikamızda yalnız güvənli olduqları sübut olunmuş, bütün dünyada referans kimi qəbul edilmiş Amerika Birləşmiş Ştatlarının FDA (Food and Drug Administration) təsdiqi olan məhsullar istifadə olunur. Məsələn, ölkəmizdə satışda olan botulinum toksinlər arasında yalnız Allergan ®Dysport ® markaları FDA təsdiqli olduqları üçün klinikamızda istifadə olunur. Sərbəst bazarda mövcud olan onlarca dolqu maddələrindən ancaq FDA təstiqi olan Restylane ®Juvederm ® markaları tərcih edilir. Plazmolifting üçün də həmçinin FDA təstiqi olan RegenLab kitlərinə üstünlük verilir.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.