registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Botulinum Toksini

Botulinum Toksini


Dəri yaşlanmasına qarşı Sizə həkiminiz tərəfindən Botulinum Toksini ilə estetik prosedura uygun görülmüşdür.

Botulinum toksini inyeksiyası qaş arası, alın, göz ətrafı, ağız çevrəsi kimi, üzün və bəzi boyun qırışlarının da müvəqqəti olaraq yox edilməsi üçün istifadə olunan bir müalicə şəklidir.

Botulinum toksini ilə müalicə, dinamik (əzələ hərəkəti ilə əmələ gələn) qırışlara qarşı effektiv olub, sabit (hərəkət etmədiyiniz zaman da var olan) qırışlara təsir etməz, bəzilərinin dərinliyini azalda bilər.

  • Prosedurdan sonra 48 saat boyunca massaj qəti qadağandır.

  • Prosedurdan 1-2 saat sonra Botulinum toksini vurulan əzələləri (qaş, alın, göz ətrafı) çalışdırın.

  • Prosedurdan sonra ən az 4 saat kosmetik vasitələrdən istifadə etməyin.

  • Prosedurdan sonra 4 saat boyunca üzü üstə yatmayın, uzanmayın, uzun müddət qabağa əyilərək ağır iş görməyin.

  • Prosedurdan sonra iynə yerlərində meydana gələ bilən şişkinlik, ağrı və göyərmə qısa müddətdə keçir.

  • Eyni gün ərzində qısa müddətli baş agrısı ola bilər. Mümkünsə ağrı kəsici içməməniz tövsiyyə olunur.

  • Botulinum toksini təsiri qalıcı deyil, individual olub ortalama 4-6 aydır.

Mimikalarını çox istifadə edən daha gənc birisində sinir ucları sürətlə bərpa olduğu üçün 4 ay, orta yaşda təxmini 6 ay, daha yaşlı birisində 8 ay da sürə bilər. Həkimin tövsiyyələrinə diqqət yetirsəniz, daha uzun çəkə bilər.

  • Seansdan sonra 2-3 gün spirtli içki istifadə etməməniz məsləhətdir.

  • Müalicənin tam effektini görmək üçün 14 gün gözləmək lazımdır.

  • Korreksiya lazım olsa 10-14 gün sonra olunmalıdır.

Gözlənilməyən bir dəyişiklik baş versə mütləq həkiminizə xəbər verin.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.