registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Biorevitalizasiya

Biorevitalizasiya


Estetik tebabətdə özünü sübut etmiş, güvənlə istifadə olunan və gedərək populyarlaşan cavanlaşdırıcı prosedurlardan biri də biorevitalizasiyadır. Mürəkkəb bir termin olan “biorevitalizasiya” sözü, bio-təbii, re-yenidən və vita-həyat kəlimələrinin birləşməsi ilə əmələ gəldiyinə baxarsaq, nə işə yaradığı aydın olmaqdadır. Biorevitalizant təbii yol ilə dəriyə yeni həyat verən deməkdir.

Praktikamda “Biorevitalizasiya ilə mezoterapiyanın fərqi nədir? Hansına üstünlük verməliyəm?” sualları ilə olduqca çox qarşılaşıram. Gəlin bu mövzuya nəzər yetirək.

Mezoterapiya ilə Biorevitalizasiya arasında nə kimi bənzərlik var?

Əslində, biorevitalizasiya və mezoterapiya iki qardaş kimi bir birinə bənzəyən anti-age mualicə şəkilləridir. Hətta, iki ekiz qardaş kimi.

Göstərişləri eynidir, hər ikisi də dərini cavanlaşdırır, dəri rəngini düzəldərək daha təravətli görüntüyə səbəb olur, yaşla azalan nəmi geri qazandıraraq turqor və elastikliyi artırır.

Hər ikisinin də əks göstərişləri bənzərdir.
Hər iki prosedur da açıq yara, herpes infeksiyası olan dəriyə vurulmaz, hamilə və əmizdirən qadınlara olmaz, qırmızı qurdeşənək kimi aktif autoimmun dəri problemi, qan laxtalanmasını pozan xəstəliklər olanlara qadağandır.

Hər ikisi də təkrarlayan seanslar şəklində dəriyə iynə vasitəsi ilə tətbiq olunur.

Hər ikisində də seans sonrası yarana bilən göyərmə, kiçik şişliklər bir neçə günə sağalır.

Hər ikisinin də əsas maddələrindən biri dilimizin əzbəri olan hialuron turşusudur.

Bəs Mezoterapiya ilə Biorevitalizasiya arasındaki fərq nədədir?

Aradakı fərq daha çox tərkibləri ilə əlaqəlidir.

Mezoterapiyada istifadə olunan hialuron turşusu (0.025-5 mg/ml) aşağı faizli olub, məhlulu isə buna bağlı daha axıcı, maye şəklindədir. Məhs buna görə də, seans sonrası iynə yerləri bəzən saatlar içində yox olur, lakin effekt alınması üçün daha çox və sıx təkrarlanan seanslara ehtiyac duyulmaqdadır. Mezoterapiyanın tətbiq edilməsi 7-10 gündə bir təkrarlanan seanslar şəklində daha gənc yaş qrupunda məsləhət görülür.

Biorevitalizasiya məhlullarında isə hialuron turşusu mezoya görə yüksək faizli olub (5-10 mg/ml), dolqulara bənzər hazır iynələr içindəki gel formasındadır, axıcı olmadığı üçün seansdan sonra biraz daha gec əriməkdədir. Bu səbəblə, ortalama 4-8 həftədə bir təkrarlanan daha seyrək seanslar yetərli olur (biorevitalizantın tərkibi, pasientin yaşı kimi faktorlardan da asılı olaraq) və ilk prosedurdan həmən sonra dəridəki effekt hiss olunmağa başlayır.

Hal hazırda kosmetologiyada cavanlaşdırıcı mezo məhsulları xaricində, xüsusi problemə yönəlik müxtəlif mezo kokteyllər istehsal olunmaqdadır: saç qüvvətləndirici, ləkə açıcı, çapıq düzəldici, yağ və selülit əridici.

Biorevitalizasiya isə özəlliklə anti-age məqsədlidir və hialuron turşusu xaricində dəri oyandırma təsirinə malik müxtəlif revitalizant və bioreperant maddələr içərməkdədir. Estetik bazarda sayısız hesabsız vitaminlər, minerallar, aminoturşular, nukleotid, koenzimlər və antioksidantlar tərkibli biorevitalizasiya məhsulları var.

Bunların qəliz və darıxdırıcı kimyəvi adları ilə sizi yormadan qısaca nə işə yaradıqlarını söyləmək istəyirəm. Bütün bu maddələrin dəriyə yeridilməsi ilə dərinin nəm, elastiklik, turqor kimi gözəl xüsusiyyətlərini artırmaqla qalmırıq, həm də fibroblast adlı hüceyrəsini aktivləşdirərək təbii kollagen sintezini oyadırıq.
Biorevitalizasiya və mezoterapiya kimi estetik prosedurlar sayəsində, yaşlanma prosesinin sürətini yavaşladıb dərimizin gözəl qalmasına köməklik edirik.

Biorevitalizasiya məhsulların tərkiblərinin çeşitliliyi qədər keyfiyyəti, güvənirliyi, istehsal edilmə mərhələsində sterillik qaydalarına riayət edilməsi də son dərəcədə vacibdir. Estetik məqsəd ilə istifadə olunan bir məhsulun sağlamlığımıza ziyan verilməsi qəbul edilməzdir. Bu səbəblə, ancaq güvənli olduqları sübut olunmuş maddələr, hazırlanma mərhələsində inkişaf etmiş ölkələrin standartlarına riayət edilərək istehsal olunmuş və uyqun steril şəraitdə paketlənmiş məhsullara üstünlük verilməlidir.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.