registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar

Lazer


Dermatologiyanın heç bir sahəsi lazer istifadə olunan sahə qədər inkişaf etməyib. Hər keçən gün yeni lazerlərin çıxması, olanların dəyişib texnologiyanın yenilənməsi aparat kosmetologiyanın sürətlə inkişafı ilə nəticələnir.

  • Lazer adıyla dilimizə oturmuş bu söz əslində bir akronimdir. İngilizcə sözlərin baş hərflərinin birləşməsi ilə əmələ gəlmiş kəlimədir - “Light Amplification by the Stimulated Emission of Radiation”, bu səbəblə laser olaraq yazılması əslində daha doğrudur. Dermatologiyada istifadəsinə, bunu ilk sınayan amerikalı cərrah Leon Goldmana borcluyuq. 1961-ci ildə doktor Goldman lazer şüasını istifadə edərək ilk dəfə dəri xərçəngi olan Malign Melanomanı müalicə etməyə çalışmışdı.

  • Bir çox qabiliyyəti olan lazerin ən populyar istifadəsi tükün yox edilməsi, yani epilasiyadır. Arzuolunmaz tüklərdən qurtulmaq müasir dünyada yaşayan bir insan, xüsusən də qadın üçün, artıq cəmiyyətin yazılmamış qanunları ilə diktə olunmuş bir zərurətdir. Ağrılı və yavaş olan, tək tək tükləri yandıran elektroepilasıya, artıq 20 ildən çoxdur ki, sıranı daha modern müalicə üsulu olan lazer epilasiyasına buraxıb.

  • Cihaz tərəfindən əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən məhz tükün kökünü və soğanaq hüceyrəsinə təsir edib onu məhv etməlidir. Bu səbəblə lazer dalqasının elə bir xüsusiyyəti olmalıdır ki, o hədəf toxumanı, tükü və onun kökünü-follikulunu digər dəri hüceyrələrindən seçə bilsin. Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğa uzunluğuna görə fərqlənir. Lazer epilyasiyası üçün istifadə olunan aparatlar Alexandrite Lazer (755 nm), Nd-Yag Lazer (1064 nm), Diode Lazer (810 nm) kimi müxtəlif dalğa uzunluğunda işləyən cihazlardır.

  • Bir də IPL (Intense Pulse Light) texnologiyası ilə çalışan cihazlar da vardır. Lakin adından da göründüyü kimi bunlar lazer cihazı deyil, gücləndirilmiş işıq texnologiyası ilə işləyən foto epilyasiya cihazıdır.

  • Alexandrite adlanan 755 nm qalqa boyunda olan şüa melanin pigmenti seçə bilmə qabiliyyətindədir və bu səbəblə qara olan tükləri daha yaxşı seçərək yox edə bilir, sarı və ya ağ tükləri isə görmür. Lakin məhz bu səbəblə, əsmər dərili vəya günəş altında qaralmış birinin dərisindəki melaninə də zərər verərək ləkə əmələ gəlməsi ilə nəticələ bilər. Alexandrite lazer üçün ideal namizəd dərisi ağ, tükləri isə qara və qalın olan insanlardır. Bütün lazerlər ilə müqaisədə tək seansda yox etdiyi tük sayısına görə Alexandrite üstünlük təşkil edir.

  • Nd-Yag Lazerin isə hədəfi qanda varolan hemoglobindir. Bu növ lazer şüası tükün kökü olan soğanaq hüceyrəsini bəsləyən qan damarına təsir edərək tükün gidalanmasını pozur və onu məhv edir. Beləcə, zədələnmiş kökdən bir daha yeni tük inkişaf etmir. Qan damarını hədəf alan lazer, tükün rəngindən asılı olmayaraq, qara və ya sarı, qalın və ya incə olan hər növ tükü müvəffəqiyyətlə yox edə bilər.

  • Diode Lazer isə fərgli texnikasına görə ütüləmə adı alıb. Daha uzun 810 nm dalğa boyundaki Diode lazerler Alexandrite lazerlerden daha dərinə enərək daha ağrılı olmalıdır, lakin tətbiq etmə texnikasına görə energiya bölünərək dəriyə təsir edir və nisbətən ağrısız olur.

  • Bir neçə cür lazer epilyasiyası cihazının var olmasının səbəbi bütün insanlar üçün eyni lazer cihazının uyqun gəlməməsidir. Səbəb isə hər kəsin dəri rəngi, tükün rəngi və sıxlığı eyni deyil. Hətta lazer epilyasiyası tətbiq olunan insanlarda bir dahakı seanslarda başqa bir cihazlara müraciət oluna bilər. Məsələn: uzun zaman Alexandrite ilə epilasiya elətdirən birinin incəlmiş tüklərini bu dalğa növü artıq yandıra biləcək qədər görə bilmir. İncə tük daha az melanin deməkdir. Daha az melanin daha az energiyanın tükə təsiri deməkdir. Bu kimi hallarda lazer ancaq tükü qızdıra bilir, lakin yandıra bilmir. Bu da bəzən qızdırılmış tükün daha da qalınlaşmasına gətirə bilər. Bənzər hallara “paradoksal hipertrixoz” termini, yani qeyri adi tüklənmə adı verilib.

Uzun zaman eyni cihaz ilə artıq əvvəlki kimi nəticə alınmırsa, fərqli dalğa gücündə olan bir başqa lazerdən istifadə edərək daha uğurlu nəticələr almaq olar.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.