registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

PB Serum Triada

PB Serum Triada


PB Serum Triada nədir?

PB Serum Triada kosmetalogiyada yeni bir müalicə üsulu olub, tərkibində olan 3 ferment - hialuronidaza , kollagenaza və lipazanın yerli təsirlərinə əsaslanır.
 
PB Serum necə təsir göstərir?

PB Serum tətbiqində əsas məqsəd odur ki, bu fermentlər dəridə olan ”köhnə”kollageni, piyi parçalayır və yeni kollagen sintezini artırır. Bundan başqa vurulduğu nahiyyədə piyləri əritdiyi üçün şəkilləndirmə effekti yaranır. PB Serum olunmazdan öncə dəri yerli keyləşdirici vasitələrlə keyləşdirilir və daha sonra müvafiq nahiyyəyə inyeksiya edilir. Hər prosedur 15-20 dəqiqə çəkir.
 
PB Serum hansı hallarda tətbiq edilir?

PB Serum daha çox üzə şəkil vermək, dərini daha təravətli, gənc və elastik etmək üçün istifadə edilir. Ayrıca, əməliyyatdan sonra çapıq, yara sağalmalarından sonra fibroz, kelloid çapıqlar, boyun dekolte qırışları, arıqlamadan sonra dəri sallanmaları, selülit müalicəsi, lokal çənə altı yağların əridilməsi, bədən şəkilləndirmə üçün də istifadə edilə bilər.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.