registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar

PRP

PRP- PLAZMALİFTİNG



Bir insana neçə seans PRP məsləhət görülür?

Bir il ərzində əks göstəriş yoxdursa ortalama 3-6 seans plazma vurula bilər. Lakin bu sayı həkim məsləhətinə görə individual olaraq dəyişə bilər.

PRP neçə gündə bir vurulmalıdır?

Həkimin dəyərləndirib uyğun görməsinə bağlı olaraq dəyişə bilər. Lakin estetik məqsədlə PRP’nin 4 həftə arayla vurulması ən doğru olanıdır.

PRP kimlərə olmaz?

  • qanda trombosit sayı aşağı olanlara,

  • qan xəstəliyindən əziyyət çəkənlərə,

  • qanla yoluxan infeksiyon xəstəliyi olanlara (QİÇS, aktif hepatit B,C),

  • müalicəsi davam edən xərçənq xəstələrinə,

  • aktiv autoimmun bir xəstəliyi olanlara,

  • hamilə vəya əmizdirən qadına PRP əks göstərişdir.

Mənim qanımla yaxınıma PRP oluna bilər mi?

Qətiyyən olmaz. Qan qrupunuz eyni olsa belə bir insanın qanı ilə başqasına plazmolifting etmək qəti qadağandır.

PRP yayda vurula bilər mi?

Bəli, birçox estetik prosedurun əksinə PRP hər mövsümdə tətbiq edilə bilər.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.