Somon DNT gənclik peyvəndi
Somon DNT gənclik peyvəndi nədir?Somon DNT gənclik peyvəndi “Somon DNA” adıyla populyarlaşan, cavanlaşdırıcı prosedur, somon balığından (qızıl balıqdan) əldə edilən DNT inyeksiyalarına istinad edən bir müalicə üsuludur. Somon DNT (Dezoksiribonuklein Turşusu) quruluşu insan bədəninə yaxın olan zülal sintezini kodlayan bir maddədir.
Zülal, hüceyrə yenilənməsində, yeni hüceyrə inşasında əsas olan tikinti materialıdır. Bizim bədənimiz, öz özünə yeni zülal istehsalında bəzən yetərsiz qalır. Beləliklə, xarici mühitdən o maddəni əldə etməyimiz çox vacibdir. Ona görə zülalla zəngin olan somon balığı preparatını, bilavasitə dərimizin ehtiyacı olan həmin bölgələrə birbaşa yeridirik. Bir peyvənd xəstəliyin qarşısını aldığı kimi, Somon DNT-də, dəridə gənc hüceyrə sintezinə təkan verərək yaşlanmanın qarşısını aldığı üçün, gənclik peyvəndi adını alıb. Somon DNT inyeksiyası nəticəsində dəri
- parlaq
- təravətli
- nəmli
- elastik
- hamar
- gənc bir hal alır.
Somon DNT gənclik peyvəndi hansı nahiyyələrdə tətbiq edilir?Somon DNT, gənc olub dərisinin gözəlliyini qorumaq istəyən, həmçinin yaşlanma əlamətləri başlayan hər yaşda insanlarda istifadə edilə bilər. Somon DNT, estetik tələbata uyğun olaraq, dərinin istənilən nahiyyəsində tətbiq edilə bilər: üzün müxtəlif hissələrinə, boğaz, dekolte nahiyyəsinə, əl üstünə, qollara, eləcə də qarın nahiyyəsinə tətbiq edilir. Somon DNT gənclik peyvəndinin bir üstünlüyü də cavanlaşdırıcı bütün dəri prosedurları ilə kombinə edilə bilməsidir.
Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.