registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar

Peeling


Pilinq (Peeling) soyulma anlamına gələn, dərinin üst qatının uzaqlaşdırılması nəticəsində dəri funksiyası və görünüşünün yenilənməsi ilə nəticələnən bir estetik proseduradır.

Pilinq prinsipi əslində müxtəlif turşular/təhriş edici maddələr vasitəsiylə süni bir yanığın yaradılması və ona bağlı dəri regenerasiyasının başlatılmasıdır. Qırışlı, ləkəli, sızanaqlı, qalınlaşmış dəri kontrollu yanaraq soyulur və yenilənir. Pilinq nəticəsində başverən dəri soyulması ilə başlayan yenilənmə prosesi bir yara sağalması mexanizmi ilə eynidir. Barmağımızı kəsici bir alət ilə kəsdiyimiz zaman, beyindən dəriyə “orada yara əmələ gəlib, onu sağaltmaq üçün hüceyrə istehsal etməlisən” əmri gəlir. Pilinq soyulması da kəsik travmasına bənzəyən mexanizm ilə yara sağalmasına təkan verir, dəridə adətən restavrasiya başlayır, köhnə hüceyrələr atılaraq yeni hüceyrələr alt qatlardan sürətlə yetişir, varolan hüceyrələr aktivləşir, kollagen sintezi artır və bunun nəticəsində dəri daha təravətli, parlaq, işıltılı hal alır.

Bu prinsipə əsaslanaraq, bəzi təmizləyici tonik, skrab, maska və kremlərə də pilinq maddələri əlavə olunur. Lakin ev şəraitində istifadə olunan məhsullara, ləkələnmə, yanıq, həssaslıq kimi fəsadları ortadan qaldırmaq məqsədiylə, düşük faizli pilinq turşuları əlavə olunur. Məsələn, ev istifadəsi üçün hazırlanmış bir gecə kremində 5-6% AHA (Alfa Hydroksy Acid) qrupundan olan turşular, dəri həkimləri tərəfindən aparılan peşəkar pilinq seansı əsnasında isə 50-70% AHA istifadə olunur.

Dərimizin normal hüceyrə döngüsü nəticəsində üst qata gəlmiş ölü hüceyrələr normal həyatımızda da gözə görsənməyən mikro kəpək şəklində atılır. Pilinq prosesində bu hüceyrə atılması sürətlənir. İlk dəfə pilinq proseduru elətdirən qadın, seansdan sonra gözlə görünən ilan qabığı kimi bir soyulma efekti gözləyərək, xəyal qırıqlığı yaşaya bilər. Soyulmanın şiddəti pilinq istifadə olunan maddənin növündən asılı olaraq yüngül və ya hiss edilir ola bilər. Dərinin üst qatına təsir edən səthi pilinqə bu proses adi quruluq kimi hiss edilər, heç bir şikayət verməz. Orta dərinlikdə pilinqlərdə gözlə görünən qabıqlanma, dartılma hissi, yer yer qızartılar ola bilər. Ancaq dərin pilinq olunduğu zaman, ilan dərisi kimi kobud soyulma görülə bilər. Lakin, bunu da unutmamaq lazımdır ki, pilinq dərinliyi artdıqça arzuolunmaz ciddi yanıq, rəng dəyişikliyi, allergik reaksiya kimi fəsadlarların ehtimalı da artır. Bu səbəblə, klinikamızda dərin pilinq tətbiq edilməməkdədir.

Pilinq (Peeling) hansı dəri problemlərində məsləhət görülür?

  • Dəri yaşlanması
  • İncə qırışlar
  • Piqmentasiya
  • Seboreik dermatit
  • Qabıqlı kəpəkli dəri
  • Yağlı dəri
  • Qara nöqtələr
  • Akne vulgaris və diyər sızanaq səpkiləri
  • Sızanaq izləri, çapıqlar
  • Genişlənmiş məsaməli dəri
  • Aktinik keratoz
  • Nahamar yorqun dəri görünümü

Pilinq (Peeling) növləri nələrdir və hansı maddələr istifadə olunur?

Çox səthi pilinq

  • 20-35% Qlikolik turşu
  • 40% Mandelik turşu
  • 50% Laktik turşu və diyər düşük faizli AHA
  • 20-30% Salisilik turşu
  • 1-5% Tretinoin
  • 10% Retinol
  • 1-3 qat Jessner məhlulu (14% laktik turşu+14% salisilik turşu+14% rezorsinol)
  • Enzim pilinq

Səthi pilinq

  • 50-70% Qlikolik turşusu və diyər yüksək faizli AHA
  • 15% Retinol
  • 4-7 qat Jessner məhlulu
  • 20% TCA (Tricloroacetic Acid)

Orta dərinlikdə pilinq

  • TCA 35-40%
  • TCA 35% - və ya 70% qlikolik turşu

Dərin pilinq

  • Fenol (Baker-Gordon peeling)
  • TCA 40% və üstü

Hansı problemlərdə və nə zaman pilinq əks göstərişdir?

  • Hamiləlik
  • Əmizdirmə
  • Atopik Dermatit
  • Vitiliqo
  • Psoriaz
  • Keloidə meyilli insan
  • Aspirin allergiyası olanlar
  • Günəşli hava, yaz mövsümü
  • Solaryum istifadəçiləri
  • Son 6 ayda radioterapiya, dərin peeling, lazer prosedurları almış insan
  • Pilinq olunacaq yerdə herpes və ya başqa viral infeksiya
  • Pilinq olunacaq yerdə açıq yara, impetiqo və ya başqa bakterial infeksiya
  • Pilinq olunacaq yerdə melanoma, bazalioma və ya başqa dəri xərçəngi

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.