registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Qızıliynəli RF müalicəsi

Qızıliynəli RF müalicəsi


Fraksional RF müalicəsi nə deməkdir?

Fraksional radiofrekans müalicəsində tətbiq edilən aparat, radio dalğaları xüsusi qızıl örtüklü mikro iynələr və ya iynəsiz özəl başlıq vasitəsilə dəri altına ötürməklə, dəridə cavanlaşma, yenilənmə, sızanaq və çapıq müalicəsini həyata keçirir. Radiofrekans enerjisi dərinin üst qatına zədə vermədən, yanıq əmələ gətirmədən, ancaq dərinin alt qatlarına ötürülür və yaratdığı zədə kontrollu olduğu üçün fraksional adlanır.

Fraksional RF proseduru necə icra olunur?

Cihazın başlıq hissəsindəki, hər pasient üçün individual seçilən ,steril olan mikro iynələr, dəriyə girib-çıxır və radiofrekans dalğa ötürərək elastin və kollagen sintezini artırır, yeni hüceyrələr əmələ gətirməklə dəri təzələnir, liftinq effekti yaranır, dəri daha parlaq, gərgin, elastik hal alır.

Fraksional RF nə edir ?

  • Sızanaq müalicəsi
  • Sızanaq izlərinin silinməsi
  • Geniş məsamələrin kiçilməsi
  • Dəri yağlılığının kontrolu
  • Dəri cavanlaşması
  • Çənə xəttinin bərpası
  • Qaşın qalxması
  • Boyun dərisinin liftinqi
  • Dekolte nahiyəsinin toparlanması
  • Qol dərisinin yığılması
  • Bədən çapıqlarının azalması
  • Yağların əriməsi
  • Tərləmə müalicəsi

Niyə Fraksional RF müalicəsi?

Fraksional RF müalicəsi

  • Bütün fəsillərdə icra oluna bilən
  • Hər dəri növünə uyğun olan
  • Bərpa müddəti bir neçə saat olan
  • Sosial həyatdan ayırmayan
  • Ciddi fəsadları olmayan
  • Üzün təbiliyini pozmayan
  • Qalıcılığı uzun müddətli olan ideal bir prosedurdur.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.