Trixologiya
Trixologiya - dermatologiyanın saç xəstəlikləri ilə məşğul olan bir sahəsidir. Mərkəzimizdə, uşaq və böyüklərdə rast gəlinən hər növ saç problemlərinin diaqnostikası və müalicəsi ilə məşğul olunur. Saç tökülməsinin səbəbini araşdırmaq məqsədilə, ayrıntılı qan analizi, trixoskopiya, biopsiya kimi diaqnostik metodlar aparılır. Həmçinin saç xəstəliklərinin müalicəsində dərmanlarla yanaşı PRP, mezoterapiya, dermapen, immunoterapiya, intradermal steroid inyeksiyaları kimi müxtəlif prosedurlar icra olunur.
Aşağıda göstərilən saç problemləri ilə məşğul oluruq.
- Diffuz alopesiya
- Ocaqlı alopesiya
- Kirpik, qaş və saqqal tökülmələri
- Saç zəifliyi və saç qırılmaları
- Saç dərisi xəstəlikləri (seboreya, dəmrov, göbələk)
- Saç kəpəyi
- Androgenetik alopesiya (kişi və qadınlarda)
Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.