registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Qadınlarda saç tökülməsi

Qadınlarda saç tökülməsi

Qadınlarda saç tökülməsi


Bir qadının cazibəsində ən güclü silahlarından biri onun saçlarıdır. Hər yaşda qadın parlaq, gur və dolğun rəngli qözəl saçlara sahib olmaq istəyir. Nə yaxşı ki, rəng istəklərimizi saç boyaları ilə həll edə bilirik :-) Bəs saçımız tökülürsə, qalınlığını və parıltısını itiribsə nə etmək lazımdır?

Birincisi, panikaya qapılmamaq. Həmən-həmən hər növ saç tökülməsi stress ilə artır. Ayrıca, dönüşümsüz saç kökünü zədələyən xəstəliklər sayca çox deyil. Bir çox saç tökülməsi müvafiq müalicəyə cavab verir.

İkincisi, saç tökülməsində səbirli olmaq. Saçların anatomik və fizioloji xüsusiyyətləri elədir ki, ən düzgün müalicə ilə belə nəticə 6-8 həftədən tez hiss edilməz.

Öncə saç tökülmənin şiddətini bilməlisiz, yani gün içində itirilən saç sayısı. Əlbəttə ki, Sizdən bir köməkçi tutub arxanızca tökülən saçları toplayıb saymasını istəməyəcəm :-) Bunun daha asan yolu var. Saçınızı bir toka ilə toplayıb 24 saat açmamağa çalışın. Beləliklə, daha sonra açıb darayaraq saya bilərsiz. Yüzə qədər olan sayı normaya yaxın sayılır. Üzdəki digər incə tükləri hesaba qatmasaq, sadəcə skalpımızda 100-150 min saç kökü var, bunların daima yenilənməsi üçün günə 80-100 ədəd saç tökülür və yerinə gəlir.

Əlbəttə ki, sayı qədər saç telinin keyfiyyəti də önəmlidir. Həkiminizə söyləmək üçün bu sualların cavabını düşünün:

  • Saç telim incəlib mi?
  • Rəngi solub mu?
  • Qırılmalar var mı?
  • Ucunda ikiyə ayrılma var mı?
  • Dırnaq və dişimdə dəyişiklik hiss etdim mi?

Bu sualların çoxuna müsbət cavab verdinizsə ilk olaraq qan analizinə ehtiyacınız var deməkdir. Saç tökülməsinin araşdıırılmasında Dəmir, ferritin, D vitamini, kalsium, sink, biotin və ən önəmlisi qalxanvari vəz hormonlarına baxılmalıdır.

Seyrəlmiş saçlar daha çox ön tərəfdə yerləşirsə, ailə hekayənizi toplayın. Həkiminiz mütləq ana, xala, bacı və bibi kimi ailədəki qadınlarda saç tökülməsi olub olmamasını sizdən soruşacaq. Gənc yaşda saçı seyrələn, bədəndə tüklənmə artışı kimi hormonal problem əlaməti olan var mı diyə bilməniz məsləhətdir.

Saç tökülməsinin müalicəsində doğru şampunlar seçimi çox vacibdir, lakin unutmayın ki, üstünlük hər zaman saçda uzun müddət qalaraq köklərə təsir edən sürtmə dərmanlarda və qan yoluyla bir başa saç köklərinə çatan içmə həblərdədir. Şampununuza sərvət ödəmiş olsanız da ancaq saçınıza parlaqlıq verib kəpəyi azaldar, lakin saçda 1-2 dəqiqə qaldığı üçün tökülməyə möcüzəvi təsir göstərə bilməz.

Saç tökülməsi problemində həkiminizlə əl birliyi içində olub, verilən təlimatları yerinə yetirsəniz, saçınızın əvvəlki sağlığını qaytarmanız mümkün ola bilər.

Dərinizi mütəxəssisə əmanət edin.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.

ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Hi,

We'd like to introduce to you our explainer video service, which we feel can benefit your site lmclinic.az.

Check out some of our existing videos here:
https://www.youtube.com/watch?v=bWz-ELfJVEI
https://www.youtube.com/watch?v=Y46aNG-Y3rM
https://www.youtube.com/watch?v=hJCFX1AjHKk

Our prices start from as little as $195 and include a professional script and voice-over.

If this is something you would like to discuss further, don't hesitate to reply.

Kind Regards,
Danielle

If you are not interested, unsubscribe here: https://explainervideos4u.net/unsubscribe.php?d=lmclinic.az
  • Нравится
  • 0