registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Doğru kosmetik vasitə seçmənin 5 sirri

Doğru kosmetik vasitə seçmənin 5 sirri

Doğru kosmetik vasitə seçmənin 5 sirri


Müasir dünyada kosmetik vasitələr həm qadınlar, həm də kişilər tərəfindən geniş istifadə olunmaqdadır. Bizlər, həkimlər də ziyanlı olduqlarını bildiyimiz halda makiyajsız günlük həyatımızı təsəvvür etmirik. Bu səbəblə, təhlükəli olduğunu vurqulamaqla yanaşı, doğru məhsul seçiminin ipuclarını Sizinlə paylaşmanın daha faydalı olduğuna inanıram.

  • Hər birimiz marketdə süd və ət məhsulları aldığımız zaman son istifadə tarixinə mütləq baxırıq. Lakin günəş qoruyucu və ya nəmləndirici krem alanda bunu etməyi unuduruq. Əczaxanada alınan məhsullarda çox vaxt açıq tarix yazılır, lakin dekorativ kosmetikada bəzən bu məlumat sirr kimi kodlanır. Bu məlumatı əldə etmək üçün bir detektiv kimi araşdırma aparmamız lazımdır. Əldə etdiyimiz məhsulun “batch code” deyilən nömrəsini ancaq http://checkcosmetic.net/ kimi xüsusi saytlardan tapıb istehsal edilən tarixini əldə edə bilərik.

  • Son istifadə tarixini bildiyimiz bir krem açandan sonra nə qədər müddət güvənlə işlədə bilərəm sualı əlbəttə ki ağlınıza gəlib. Rəfiqələrə soruşmaq yerinə qutunun üstündə 6M, 12M, 24M kimi işarətlənən yazını axtarın. Bunun anlamı açılandan sonra 6, 12 vəya 24 ay istifadə oluna bilərdir.

  • Son zamanlar heyvanlar üzərindən test edilməsi heyvansevənlər tərəfindən əngəllənməktədir. Birçox tanınmış brendlər heyvanlar üstündə test aparmadıqlarını qürurla söyləyərək bizi sevindirir. Lakin bunun mənfi tərəfləri də var. Əvvəllər insanlara istifadəyə verilmədən, yağ vəzlərindən zəngin olan dovşan qulağında yoxlanılan kremlər, birbaşa bizlərə istifadəyə verilməkdədir. Bu növ məhsulları daha diqqətlə az-az sürtməkdə fayda vardır.

  • Makiyaj, günlük baxım kremi seçərkən dərimizin növü haqqında məlumatımız olmalıdır. Burun üstündə qara nöqtələr, yanaqda geniş məsamələr, saçda yağlanma və az da olsa sızanağınız olursa dəriniz yağlı/qarışıq növdədir. Markası tanınmış, qiyməti yüksək olsa belə dəri növünüzə uyqun olmayan məhsul, makiyaja bağlı olan Acne Cosmetica adlandırılan problemə səbəb ola bilər. Tərkibində shea butter, zeytun və kakao yağı, lanolin olmamasına diqqət yetirin. Maraqlı faktdır ki, neftdən əldə edilən olduqca yağlı vazelinin sızanaq yaratma ehtimalı çox aşağıdır. Dəriniz quru, qabıqlı isə özəlliklə yuxarıda sayılan maddələrə üstünlük verin.

  • Parabenin təhlükəli olduğu artıq sirr deyil, bu haqqda danışmayacam. Lakin dekorativ rəngli kosmetikada gizli bir düşmənimiz süni rəng maddələridir. Yanaq, dodaqdaki cazib qırmızı, qöz qapaqlarımızdaki müxtəlif tonları FD&C, D&C olaraq kodlanan piqmentlərə borcluyuq. Bir qadının həyatı boyunca istər istəməz 3 kiloya yaxın pomada “yediyini” diqqətə alarsaq, bu maddələrin əhəmiyyəti anlaşılır. Ən təhlükəlisi D&C Red 9 olanı sayılır. Təəssüf ki, karmen kimi təbii rənglər daha az istifadə olunur.
Müasir Azərbaycanda yaşayan ölkəmin baxımlı gözəl qadını əlbəttə ki, kosmetik vasitələrdən istifadə edəcək. Lakin gözü bağlı reklamlara aldanmadan daha bilinçli seçimlər etməyinizi tövsiyyə edirəm.

Hər zaman gözəl və təravətli olmanız arzusu ilə Dr. Leyla Mirzoyeva.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.