Psoriaz Dermatologiya
Psoriaz, digər adıyla Pullu Dəmrov, dəri, dırnaq və oynaq zədələnməsiylə müşahidə olunan immun sistemi ilə əlaqəli xroniki iltihabi bir xəstəlikdir.
Pullu dəmrov uzun illərcə dalqalanmalar şəklində davam edərək pasientə əziyyət verir. Hər bir xroniki prosesdə olduğu kimi, onu artıran, təkan verən və azaldan, rahatladan faktorların yaxşı bilinməsi pasientin həyatını asanlaşdırır.
Əsəb, gərginlik, emosional stress birmənalı xəstəliyi alovlandırır.
Soyuq və quru havada dəri quruluğu artaraq qaşıntı çoxalır.
Nəmli isti havada isə kəpəklənmə azalır və dəri rahatlayır.
Günəş şüaları pullu dəmrovda mualicəvi effektə malikdir. Hətta, geniş istifadə olunan fototerapiya adlı müalicə üsulu ultrabənövşəyi şüaların müsbət təsirinə əsaslanmaqdadır.
Lakin şiddətli günəş yanığı əmələ gəlmiş yerlərdə xəstəliyin daha da arta biləcəyi unudulmamalıdır.
Qaşıyaraq qopartma
Həşarat dişləməsi
Günəş yanığı
Lazer yanığı
Piercing
Tattoo kimi travmalar yaraları artırır.
Dermatologiyada buna Koebner fenomeni deyilir.
Mütləq olmamaqla birlikdə, bəzi pasientlərdə yeniyetmə dövrü, menopauza artışa səbəb ola bilər.
İnfeksion xəstəliklərdən 2-3 həftə sonra psoriazis səpkilərində artış ola bilər.
Boğazda Streptokok faringiti, xüsusən də uşaqlarda, damcıvari forma-quttat psoriaza səbəb ola bilər.
Tonzillit
Orta qulaq iltihabı
Tənəffüs yolları infeksiyası
Bronxit
Bir çox dərman psoriazın alovlanmasına təkan verə bilər.
Hər bir insanda individual olmaqla birlikdə, aşağıdaki dərmanların bu xəstəliyi artırdığı sübut olunub:
Psixiatrik dərmanlarLitium
Bəzi ürək dərmanlarıBeta-adrenergik reseptor blokatorları xəstələrin 30% ində alovlanmaya səbəb olur.
Propronalol
Oksprenolol
Karvedilol
Atenolol
Metoprolol
Sotalol
Asebutolol
Bisoprolol
Timolol
Alfa və beta-adrenergik reseptor blokatorlarıLabetolol
Angiotensin çevirici ferment inhibitorları-AÇF
qrupu təzyiq dərmanlarıLizinopril
Kaptopril
Enalapril
Ramipril
Perindopril
Kalsiyum antagonistləriAmlodipin
Diltiazem
Nifedipin
Verapamil
AğrıkəsicilərQeyri steroid iltihab əleyhinə dərmanlarİndometasin
Fenilbutazon
Oksifenbutazon
Meklofenamat
İbuprofen
Diklofenak
Aspirin
Malyariya əleyhinə dərmanlarXloroxin
Hidroksixloroxin
Xinidin
Penisillin qrupu antibiotiklərPenisillin
Ampisillin
Amoksisillin
SulfonamidlərSulfapiridin
Sulfasalazin
Siqaret və digər tütün məhsulları psoriatik artrit dərmanlarının effektivliyini azaldır.
Xüsusən də qaraciyərə təsiri olduğu bilinən metotrexat tərkibli dərman qəbul edən xəstələrdə qadağadır.
Qidaların psoriaz gedişatına olan təsirini kəsin sübut etmiş, etibarlı elmi bir məlumat yoxdur. Lakin bəzi xəstələrdə bu qidalar ilə artış müşahidə olunur.
Qırmızı ət, yumurta, süd və süd məhsulları kimi doymamış yağ turşusu-araxidon turşusu tərkibli yeməklər.
Psoriaz olan xəstələrdə qluten həssaslığı görülə bilər.
Bəzi xəstələrə qlutensiz pəhriz müsbət təsir göstərə bilər.
Yüksək miqdarda antioksidantlara sahib olan meyvə və tərəvəzlər psoriazdakı iltihabi prosesi yavaşladır.
Brokolli kələm, yaşıllıqlar, moruq, üzüm, albalı, qaragilə faydalı sayılır.
Alabalıq, qızıl balıq kimi omeqa 3 tərkibli dəniz məhsullarının istehlak edilməsi də məsləhət görülür.
Unutmamaq lazımdır ki, hər bir insan bədəni individualdır və bir xəstəlik fərqli insanlarda fərqli seyir göstərə bilər.
Məsələn, bilinən bir faktdır ki, günəş psoriaz üçün müalicəvidir, lakin bəzi insanlar günəşlə şikayətlərin artdığını söyləyir.
Məhs bu səbəblə, məqalədə yazılanlara diqqət yetirərək unutmayın ki, xüsusən Sizin psoriaza təkan verən səbəblər fərqli ola bilər.
Standart seyir göstərən xəstəlik yoxdur, hər biri fərqli və özəl olan xəstələr vardır.
Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.