Mastositoz
Mastositoz xəstəliyində bəzi faktorlar ləkələrin qaşınıb qabarmasına, şikayətlərin artmasına və təhlükəli halların başverməsinə səbəb ola bilər.
- Əsəblilik, emosional stress
Dekstran tərkibli göz damcıları
Aspirin
Öskürək siropları
Yodlu radiokontrast maddələr
Prokain
Polimiksin
Dekstran kimi digər vena daxili vurulan polimerlər
Diklofenak və digər qeyri steroid iltihab əleyhinə dərmanlar
Ani dəyişən temperatur (soyuq hovuza və ya dənizə girmək, çox isti su ilə çimmək)
Mexaniki travma (sərt massaj, qaşınma, sərt dəsmal ilə qurulanma kisələnmə)
- Diş çəkimi va digər cərrahi əməliyyatlar
Cərrah, xəstəlik və ola biləcək allergik reaksiya haqqında məlumatlandırılmalıdır.
Əməliyyatdan yarım saat öncə həkim nəzarəti altında H1-antihistamin və metilprednizolon (1 mq/kq dozada) verilməlidir.
Əməliyyat boyunca adrenalin hazır tutulmalıdır.
Unutmamaq lazımdır ki, hər bir mastositoz xəstəsinə problem yaradan maddələr fərqlidir, müşaidə olunan reaksiya isə individualdır.
Bəzi pasietlərdə heç bir şikayət olmadan, bəzilərində yüngül bir qızarıqlıq, digərlərində isə ciddi reaksiya baş verə bilər.
Bədəndə qırmızılıqla birlikdə nəfəs çatışmazlığı, ürək döyüntüsü, göz və dodaqlarda şişmə, qarın ağrısı və qusma meydana gələ bilər.
Bu kimi hallarda, gözlənilməyən bir dəyişiklik baş versə mütləq təcili yardıma müraciət edilməlidir.
Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.