registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Psoriaz Dermatologiya

Psoriaz Dermatologiya

Psoriaz Dermatologiya

Psoriaz, digər adıyla Pullu Dəmrov, dəri, dırnaq və oynaq zədələnməsiylə müşahidə olunan immun sistemi ilə əlaqəli xroniki iltihabi bir xəstəlikdir.
Pullu dəmrov uzun illərcə dalqalanmalar şəklində davam edərək pasientə əziyyət verir. Hər bir xroniki prosesdə olduğu kimi, onu artıran, təkan verən və azaldan, rahatladan faktorların yaxşı bilinməsi pasientin həyatını asanlaşdırır.

  • Stress
Əsəb, gərginlik, emosional stress birmənalı xəstəliyi alovlandırır.

  • Hava faktoru
Soyuq və quru havada dəri quruluğu artaraq qaşıntı çoxalır.

Nəmli isti havada isə kəpəklənmə azalır və dəri rahatlayır.

Günəş şüaları pullu dəmrovda mualicəvi effektə malikdir. Hətta, geniş istifadə olunan fototerapiya adlı müalicə üsulu ultrabənövşəyi şüaların müsbət təsirinə əsaslanmaqdadır.
Lakin şiddətli günəş yanığı əmələ gəlmiş yerlərdə xəstəliyin daha da arta biləcəyi unudulmamalıdır.

  • Mexaniki travma
Qaşıyaraq qopartma

Həşarat dişləməsi

Günəş yanığı

Lazer yanığı

Piercing

Tattoo kimi travmalar yaraları artırır.
Dermatologiyada buna Koebner fenomeni deyilir.

  • Hormonal dəyişikliklər
Mütləq olmamaqla birlikdə, bəzi pasientlərdə yeniyetmə dövrü, menopauza artışa səbəb ola bilər.

  • İnfeksiya
İnfeksion xəstəliklərdən 2-3 həftə sonra psoriazis səpkilərində artış ola bilər.
Boğazda Streptokok faringiti, xüsusən də uşaqlarda, damcıvari forma-quttat psoriaza səbəb ola bilər.

Tonzillit

Orta qulaq iltihabı

Tənəffüs yolları infeksiyası

Bronxit

  • Dərmanlar
Bir çox dərman psoriazın alovlanmasına təkan verə bilər.
Hər bir insanda individual olmaqla birlikdə, aşağıdaki dərmanların bu xəstəliyi artırdığı sübut olunub:

Psixiatrik dərmanlar

Litium

Bəzi ürək dərmanları

Beta-adrenergik reseptor blokatorları xəstələrin 30% ində alovlanmaya səbəb olur.

Propronalol

Oksprenolol

Karvedilol

Atenolol

Metoprolol

Sotalol

Asebutolol

Bisoprolol

Timolol

Alfa və beta-adrenergik reseptor blokatorları

Labetolol

Angiotensin çevirici ferment inhibitorları-AÇF
qrupu təzyiq dərmanları


Lizinopril

Kaptopril

Enalapril

Ramipril

Perindopril

Kalsiyum antagonistləri

Amlodipin

Diltiazem

Nifedipin

Verapamil

Ağrıkəsicilər

Qeyri steroid iltihab əleyhinə dərmanlar

İndometasin

Fenilbutazon

Oksifenbutazon

Meklofenamat

İbuprofen

Diklofenak

Aspirin

Malyariya əleyhinə dərmanlar

Xloroxin

Hidroksixloroxin

Xinidin

Penisillin qrupu antibiotiklər

Penisillin

Ampisillin

Amoksisillin

Sulfonamidlər

Sulfapiridin

Sulfasalazin

  • Siqaret
Siqaret və digər tütün məhsulları psoriatik artrit dərmanlarının effektivliyini azaldır.

  • Spirtli içkilər
Xüsusən də qaraciyərə təsiri olduğu bilinən metotrexat tərkibli dərman qəbul edən xəstələrdə qadağadır.

  • Qida faktoru
Qidaların psoriaz gedişatına olan təsirini kəsin sübut etmiş, etibarlı elmi bir məlumat yoxdur.

Lakin bəzi xəstələrdə bu qidalar ilə artış müşahidə olunur.
Qırmızı ət, yumurta, süd və süd məhsulları kimi doymamış yağ turşusu-araxidon turşusu tərkibli yeməklər.

Psoriaz olan xəstələrdə qluten həssaslığı görülə bilər.
Bəzi xəstələrə qlutensiz pəhriz müsbət təsir göstərə bilər.

Yüksək miqdarda antioksidantlara sahib olan meyvə və tərəvəzlər psoriazdakı iltihabi prosesi yavaşladır.
Brokolli kələm, yaşıllıqlar, moruq, üzüm, albalı, qaragilə faydalı sayılır.

Alabalıq, qızıl balıq kimi omeqa 3 tərkibli dəniz məhsullarının istehlak edilməsi də məsləhət görülür.

Unutmamaq lazımdır ki, hər bir insan bədəni individualdır və bir xəstəlik fərqli insanlarda fərqli seyir göstərə bilər.
Məsələn, bilinən bir faktdır ki, günəş psoriaz üçün müalicəvidir, lakin bəzi insanlar günəşlə şikayətlərin artdığını söyləyir.
Məhs bu səbəblə, məqalədə yazılanlara diqqət yetirərək unutmayın ki, xüsusən Sizin psoriaza təkan verən səbəblər fərqli ola bilər.
Standart seyir göstərən xəstəlik yoxdur, hər biri fərqli və özəl olan xəstələr vardır.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.