registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Pediatrik dermatologiya

Pediatrik dermatologiya


Pediatriya kimi çətin bir ixtisasa könlünü veren fədakar həkimlərə ilk öyrədilən cümlə budur:
Uşaq organizmi yetişkin insan bədəninin kiçik bir kopiyası deyildir, özünəməxsus quruluşu, fiziologiyası, funksiyaları və təbii ki, xəstəlikləri vardır. Təəssüf ki, həyatımızın mənası olan bu körpələrdə dəri xəstəlikləri də görülür.

Bədənin hansı orqanını tutarsa tutsun uşaqlarda olan xəstəliklərin diagnostikası və müalicəsi ayrıcalıq tələb edir və zaman-zaman olduqca çətinliklərlə qarşılaşır. Bu çətinliklərin başında həkimə olan güvənsizlik gəlir. Ancaq həkim ilə ailənin işbirliyi gözəl nəticələr verərək hər iki tərəfi sevindirir.

Xəstəliklər haqqında yazıb Sizi qorxutmadan öncə Sizə bir neçə yaxşı xəbərim də var:

  • yenidoğulmuş körpələrdə görülən bir çox dəri dəyişiklikləri gözlənilən, normal qəbul edilən (tibbdə biz buna fizioloji deyirik) və zaman içində düzələn növdəndir;

  • bir çox infeksiyoz pediatrik dəri xəstəlikləri bədən müqaviməti ilə sağala bilmə özəlliyinə sahibdir;

  • uşaqlarda bədxassəli dəri xəstəlikləri yetişkinlərə görə daha nadirdir;

  • yara sağalma, toxumanın qanlanması kimi vacib proseslər bizlərə nəzərən daha sürətlə baş verir.






Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.